Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham İsmayıldan koronavirusun bioloji silah olması iddialarına cavab: “Qorxunc olmasaydı..”

Koronavirus Avropaya yayıldıqdan sonra dünya daha çox həyəcan keçirməyə başladı. Onu hər kəs artıq öz qapısının önündə görüncə, təhlükənin nə dərəcədə çox olduğunu hiss etdi. Bu gün uzun müddətli sükutdan sonra Çin dilə gələrək bu virusun yayılmasında ABŞ kəşfiyyatını ittiham etdi. Bundan öncə də Rusiya tərəfi müxtəlif yollarla Çinin vurulmasında ABŞ-ın əli olduğuna eyham vurmuş, ABŞ tərəfi də öz növbəsində təkzib verərək Rusiyanı təxribatçı məlumat yaymaqda ittiham etmişdi. Çinin ən böyük rəqibi olaraq ağıllara ilk növbədə ABŞ gəlir, amma kim bilir əsl səbəbkar dünya xəritəsinin hansı nöqtəsində gizlənib. Hər bir halda virus nəzarətdən çıxıb və o bioloji silahdırsa artıq artıq öz yaradanına cuman canavar halına gəlib.

Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl Bizimyol.info-ya verdiyi açıqlamada koronavirusu bioloji silah hesab etmədiyini bildirib.

İlham İsmayıl İlham İsmayıl

“Bu virusun bioloji silah olması bardə iddialar artıq aylardır davam edir. Üstəlik ABŞ ittiham olunur. Amma bu virus ABŞ-da da qayğı yaradıb, bu dövlətin ərazisində də ölənlərin sayı artmaqdadır.Artıq 11 nəfər virus nəticəsində ölüb. Tramp koronavirusla mübarizə məqsədilə 8 milyard 300 milyon pul ayrılıb. İlk görünən budur ki, hanısa dövlətə qarşı hazırlanan bioloji silahdan söhbət getmir. Bu bütün dövlətləri əhatə edib.Yer kürəsində gedən prosesdir. İtaliya kimi inkişaf etmiş ölkədə qurbanların sayı yüzü ötüb. Hədəf tək Çin iqtisadiyyatı deyil, bütün ölkələr bu probelmlə müəyyən mənada üzləşdilər və zərər çəkdilər. Sadəcə koronavirusun bioloji silah olması barədə fikirlərin yayılmasında Rusiya maraqlıdır və mətbuat fəal rol oynayır”.

“Bu neft maqnantlarının oyunu ola bilərmi, deyildiyi qədər qorxuncdurmu, yoxsa müəyyən məqsədlər üçün qabardılır” sualımıza ekspert aşağıdakı kimi cavab verdi:

“Qorxunc olmasaydı ÜST bu qədər təşvişə düşməzdi. Aylardır davam edir, hələlik qarşısı alına bilməyib. Minlərlə insan ölümünə səbəb olub. Neft maqnatlarından da söhbət getmir. Hələ sovetlər dönəmindən, virus söhbətləri olmadan da dövlətlər arasında neft uğrunda gizli və açıq savaşlar gedib, neftdən siyasi təzyiq aləti kimi istifadə olunub. Amma bu keçici xarakter daşıyıb. Koronavirus konkret olaraq bəladır. Mən bundan siyasi məqsədlərlə istifadə oluna biləcəyini istisna etmirəm, amma məhz bioloji silah olaraq hazrlanmasına da inanmıram”.

İlhamə Rəsulova

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
Son xəbərlər
Bütün xəbərlər »