Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyana qarşı plan işə salınır: General baş nazirə savaş elan edib

Ermənistan Milli Təhlükəsizlik Şurasının sabiq rəhbəri, general Artur Vanetsyan yeni qurduğu siyasi partiyanı aprel ayında elan edəcək.

Bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti məlumat yayıb.

Paşinyan etirazla qaşılandı

Nəşr yazır ki, generalın aprel ayında qurultay keçirməyi planlaşdırdığı qurultayın “tarixi hadisə” olacağını bildirib. Lakin “Jamanak” yeni partiyada kimlərin iştirak edəcəyinin qaranlıq qaldığını bildirib:

“Vanetsyanın öz partiyası ilə birdən-birə meydana çıxması suallar yaradır. Hazırkı hökumətə etiraz edərək, belə bir işə əl atması hər halda qarşı tərəfdən birmənalı qarşılanmır. Partiyanın harada qurulduğu, kimlərin dəstək verdiyi yönündə ortaya çıxan suallar da hələlik cavabsız qalır. Gözlənilən qurultayda kimlərin iştirak edəcəyini təsəvvür etmək çox çətindir”.

Nikol Paşinyan hökumətinə yaxın media qurumları və ekspertlər isə Vanetsyanın xarici dövlətin sifarişi ilə belə bir işə girişdiyini istisna etmir. Söhbət Rusiyadan gedir.(teleqraf)

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər