Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA avrokubokları dayandırdı

UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunlarını dayandırıb.

Qurumun rəsmi saytının verdiyi məlumata görə, gələn həftəyə nəzərdə tutulan bütün oyunlar təxirə salınıb.

Buraya martın 17-18-nə planlaşdırılan ÇL-in 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya) - "Lion" (Fransa) görüşləri, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmaları, UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin bütün qarşılaşmaları daxildir.

Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib.

Bundan başqa, martın 20-nə planlaşdırılan Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi də təxirə salınıb.(report)

Son xəbərlər
Bütün xəbərlər »