Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MM-in Komitə sədri: “Təhsil kreditləri çox vacibdir”

“Təhsil kreditləri vacibdir, biz müvafiq dövlət qurumu ilə müzakirələr apararaq bu layihənin gündəmə gəlməsinə çalışmalıyıq”.

Bunu bu gün Milli Məclisin plenar iclasında Qanunvericilik İşlər Planının müzakirəsi zamanı Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Q. Paşayeva deyib ki, kənd yerlərində yaşayanların övladları üçün təhsil kreditləri çox vacibdir: “Bəzi qanunları qəbul etmişik, icra olunmur. 18 yaşına çatmayan uşaqlara siqaret satılmamalıdır, tütün məhsullarının məktəbə yaxın yerlərdə reklamı qadandır. Ancaq qanunvericiliyin bu tələblərinə riayət olunmur”.

Millət vəkili Sahib Alıyev bildirib ki, “İnformasiya haqqında”, Sosial Şəbəkələrlə bağlı qanun layihələri də Qanunvericilik İşlər Planına daxil edilməlidir: “Deputatların statusu məsələsinə yenidən baxılmalıdır. Təhlükəsizlik və Beynəlxalq Əlaqələr komitələrinin qapalı iclaslarına güc strukturlarının rəhbərləri və Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri də dəvət edilməlidir”.(apa)

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »