Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nazirlər Kabinetinin qərarında kifayət qədər ziddiyyətlər var"

“İşğal olunmuş torpaqlar haqqında qanunun yaz sessiyasının Qanunvericilik İşlər Planına daxil edilməsinə ehtiyac var”.

Bunu bu gün Milli Məclisin plenar iclasında yaz sessiyasının qanunvericilik işlər planı ilə bağlı müzakirədə millət vəkili Elman Məmmədov bildirib.

E. Məmmədov deyib ki, eyni zamanda parlamentdə Qarabağ Komitəsi yaradılmalıdır: “Xalqımız dəfələrlə soyqırımına məruz qalsa da, biz hələ “Soyqırımı haqqında” qanun qəbul etməmişik. Bir həqiqət var ki, məcburi köçkünə müavinət onun məcburi köçkün statusuna görə verilir. Ancaq Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarında kifayət qədər ziddiyyətlər var. Bu ziddiyyətlər aradan qaldırılmalıdır”.

Millət vəkili qeyd edib ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı parlamentdə ya qapalı, ya açıq müzakirələr keçirilməlidir: “Bu məsələ Milli Məclisin Qanunvericilik İşlər Planına daxil edilməlidir”.(apa)

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »