Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daş karxanası tarixi abidəni məhv edir - Video

Qədim Bakı-Şamaxı karvan yolunun üstündə, iri yaşayış məntəqələrindən kifayət qədər uzaqda yerləşən, orta əsrə aid, “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda olan Minəcik karvansarayı qəzalı vəziyyətdədir.

Bizimyol.info xəbər verir ki, baxımsız vəziyyətdə olan tarixi abidəni məhv edən amillərdən biri ətrafda yerləşən daş karxanalarıdır. Karxanaların tullantıları abidənin ətrafına atılır. Belə davam etsə, karvansaray tullantılar içində yox olacaq.

Miəcik karvansarayının bəzi otaqlarının tavanı, divarları dağılıb. Kənardan əzəmətli görünsə də, içəri daxil olanda daşların hər an başına dağılacağı qorxusunu yaşayırsan.

Sosial şəbəkədə paylaşılan fotolarda və videolarda vətəndaşlar qəzalı vəziyyətdə olan tarixi abidənin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzəratə götürlməsi tələb olunub.

Qeyd edək ki, XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Minəcik karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaşırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb. Mənbələrdə isə abidə Miəcik karvansarayı adlanır.

Karvansarayda qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarayı əhəng daşından tikilib. Karvansarayın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.

Ramid İbrahimov

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »