Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT 13 adda psixoaktiv maddənin istifadə olunmamasına qərar verib

Vyanada Birləşmiş Millətlər Təşkilatının Narkotik Vasitələr üzrə Komissiyasının 63-cü sessiyası keçirilib. Analitik Ekspertiza Mərkəzinin əməkdaşı Pərviz Əzizbəyov sessiyada iştirak edib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, sessiyada 13 adda yeni psixoaktiv maddənin BMT-nin narkotik və psixotrop maddələrlə əlaqədar Konvensiyalarının müvafiq siyahılarına əlavə olunması barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən verilən arayışlar, eləcə də iqtisadi, sosial, hüquqi, inzibati və digər amillər, həmin maddələrin psixoaktiv maddə qismində sui-istifadəsi, şüurun itirilməsinə, konvulsiyaya, ölümə, hallüsinasiyaya, ciddi risklərə, ürək probremlərinə, zəhərlənməyə, beyin fəaliyyətinin pozulmasına, digər təhlükəli və zərərli nəticələrə səbəb olduğu nəzərə alınaraq onların müalicə məqsədilə istifadə olunmaması barədə qərar qəbul edilib.

Digər bir məsələ - kannabis maddəsinin tibbi və elmi məqsədlərlə istifadə edilməsi ilə əlaqədar ÜST tərəfindən verilən arayışların bəzi ölkələrin nümayəndələri tərəfindən yetərli sayılmadığı və məsələnin daha ətraflı öyrənilməsi üçün onun həlli bu ilin axırınadək təxirə salınıb.(apa)

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »