Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: Ermənistan böhrandan çıxmağa hazır deyil

Ermənistan hakimiyyəti dünyadakı maliyyə-iqtisadi böhran şəraitində fəaliyyət göstərməyə hazır deyil.

Bunu ölkədə çıxan “Past” qəzeti yazıb.

Ermənistandakı iqtisadi vəziyyətin təhlil olunduğu məqalədə vurğulanıb ki, mövcud iqtisadi böhran 2008-ci ildəkindən də ağır ola bilər: “Avropa Mərkəzi Bankı Avropa ölkələrinə iqtisadi fəaliyyət üçün 25 milyard avro ayırıb. Ancaq Ermənistandakı vəziyyət hələ ki məlum deyil. Mütəxəssislər bildirib ki, yaranmış vəziyyətdən minimum itki ilə çıxmaq üçün reallığı, dövlətin malik olduğu ehtiyatları, hakimiyyətin böhrana qarşı hazırlığı müqavimət dəyərləndirmək lazımdır”.

Məlumata görə, mütəxəssislər vəziyyətin müzakirə edilməsinə ehtiyac yarandığını bildiriblər.(report)

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
Son xəbərlər
Bütün xəbərlər »