Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus vaksini ilə bağlı həkimdən açıqlama

Hazırda bütün dünyada 20-dən artıq ən nüfuzlu tibb şirkətlərinin laboratoriyalarında koronavirsun vaksininin hazırlanması istiqamətində iş aparılır. Hətta vəziyyətdən istifadə edən işbazlar bu bəlaya qarşı dərman istehsal etdiklərini də bəyan ediblər. İsrail, Rusiya, Qana kimi dövlətlərin xəbər saytlarında artıq vaksin əldə edilməsi barədə xəbərlər yayılıb.

Çin isə elan edib ki, koronavirusa qarşı ilk mümkün vaksin aprel ayında insan üzərində sınaqdan keçirilməyə hazırlanır. Moderna adlı biotexnologiya şirkəti çinli alimlərin yeni virusun ardıcılığını müəyyən etməsindən yalnız altı həftə sonra vaksini sınaqdan keçirilməsi üçün Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutuna göndərib.

Bu, hər hansı vaksinin inkişaf etdirilməsində rekord bir sürətdir. Əslində vaksinin hazırlanması 1-2 həftə zaman alsa da onun insan orqanizminə təsirinin öyrənilməsi üçün zaman keçməsi mütləqdir. İnsanlarda, xüsusiən Azərbaycanda insanların vaksinlərə münasibəti həmişə birmənalı olmayıb.

"Vaksin" sözü fransızca "vacca - inək" deməkdir. Bu termini elmə ingilis həkimi Edvard Cennerin şərəfinə Lui Paster gətirib. Cenner ilk dəfə olaraq insanları çiçək xəstəliyindən qorumaq məqsədi ilə onları inəyin təbii çiçək virusu ilə immunizə edib. Lui Paster onun davamçısı olub və diri mikröbları zəif lətməklə onların təbii antigenliyini zəiflədərək, onlardan vaksin hazırlayıb. Bu məqsədlə o, yüksək temperaturdan isdifadə etmişdi və buradan da "pasterizasiya" termini əmələ gəlmişdi. Vaksinasiyanın əsas məqsədi orqanizmdə erkən dövrdə güclü immunitet yaratmaqdır. Bəs görəsən koronavirusun vaksini hamıya əlçatan olacaqmı,onu kimlərə tətbiq edəcəklər, bütün xəstəliklərin vaksinini yaratmaq mümkündürmü?

Bizimyol.info-nun sualına hazırda Səudiyyə Ərəbistanında, “Məlik Fəth” xəstəxanasında fəaliyyət göstərən həkim Azər Mustafayev cavab verir.

Kardioloq Azər Mustafayev Azər Mustafayev

Həkim bildirir ki, vaksinin təsir edə bilməsi üçün immun yaddaşın yaranması vacibdir. “Vaksinin hazırlanması üçün onun immunitetinin daimi olması lazımdır. Məsələn, qızılcaya insanlar bir dəfə tutulurlar. Mində bir insan bu xəstəliyi ikinci dəfə keçirir. İmmun yaddaş nədir? Sadə dillə anladım.

Yəni, immun hüceyrəsi yad cismi yadında saxlayır, ikinci dəfə bu orqanizmə daxil olanda onu tutub məhv edir. Bəzi xəstəliklərdə immun yaddaş əmələ gəlmir. Vaksin zəiflədilmiş mikrobdur. Bədənə vurulur və orqanizmin ona qarşı immunitetini yaradırlar. Koronavirus vaksini deyiləndə zəiflədilmiş koronavirus mikrobları başa düşülməlidir. O qədər zəiflədilir ki, o bədəni xəstələndirməsin, amma immunitet yaratsın. Sadəcə, həmin xəstəliyə şəxsi yüngül yoluxdururlar. Ona görə vaksin vurulan insan qızdırır, xəstələnir. Amma bəzi vaksinlər var ki, tək-tək hallarda onu bədənə vuranda o xəstəliyi yarada bilər. Vaksini vurandan sonra immun yaddaşı yaratmırsa, onun mənası olmur. O orqanizmdə 2 həftə qalır və məhv olur. Yəni xəstəlik yayılarsa, o şəxsin ummuniteti hazırlıqsız olur. Vaksini xəstəyə yox, sağlam adamlara vururlar. Xəstə adama vaksin vurmaq xəstəliyin üstündən xəstəlik yaratmaq kimi bir şeydir.

Anatoksin deyilən bir məvhum da var. Bu nə deməkdir? Anatoksin – mikrob hüceyrəsinin ekzotoksinidir, yəni ifraz etdiyi zəhərli maddədir. Anatoksin hazırlamaq üçün ekzotoksin formalin məhlulunda 37-40 dərəcə C termostatda 3-4 həftə ərzində zərərsizləşdirilir. Xəstənin qanından immun hüceyrələri götürürlər - immunoqlobulini. Onu dərman kimi saxlayırlar. Xəstəliyə yoluxan şəxslərə dərman kimi vurulur. Məsələn tetanusa, difteriyaya yoluxan şəxslərə anatoksin vurulur. İndi mənim xəbərim yoxdur dünyada anatoksin hazırlayırlar, yoxsa vaksin. Amma yəqin ki, bu problemə bir çarə mütləq tapılacaq”,- deyə həkim bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »