Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatın oğlu məhkəməyə verildi - Bir milyon dollar istənilir

Tibb Universitetinin keçmiş rektoru, deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanova qarşı keçmiş biznes ortağı 1 milyon dollarlıq iddia qaldırıb.

A.Əmiraslanova məxsus “Azər-Türk Med” klinikasının həmtəsisçisi olmuş Ersadık Ali Haydar oğlu Turan Nəsimi rayon məhkəməsinə müraciət edərək iddia qaldırıb.

Əhliman Əmiraslanov Əhliman Əmiraslanov

O, ortağı Azər Əmiraslanovun ona 1 milyon ABŞ dolları həcmində borc ödəməli olduğunu bildirib.

Lakin Nəsimi rayon məhkəməsi onun iddiasını təmin etməyib. Ersadık Turan qərardan narazı qalaraq, apellyasiya şikayəti verib. İşə bu gün hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, E.Turan 2019-cu ilin avqust ayında klinikanın həmtəsisçiliyindən çıxıb.

Bundan öncə mətbuatda Azər Əmiraslanovun adı bir çox qalmaqallı işlərdə hallanıb.(qafqazinfo)

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »