Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diqqət! Partlayış dalğası bu dəfə iPhone 8 Plus üzərindən gəlir
“Apple” şirkəti, iPhone 8 Plus modellərində şişmiş batareya hadisələri ilə bağlı istintaqın başlandığını bildirib.

Qeyd edək ki, keçən həftə bizim verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, Tayvanda bir qadın, iPhone 8 Plus almış və onu şarja taxdığından 3 dəqiqə sonra smartfon partlamışdı. iPhone 8 ilə iPhone 8 Plus modellərinin satışa çıxmasından sonra bu, baş vermiş yeganə belə bir hadisə deyil.

Plus modelinin batareyasının partlayaraq şişməsi barəsindəki xəbərlər, dünyanın müxtəlif yerlərindən gəlir. Batareyanın partlayaraq şişməsi nəticəsində sözügedən modelin korpusu, deformasiyaya uğrayır. Nəticədə smartfonun ekranı, korpusdan ayrılır. Belə halda cihaz nəinki yararsız hala düşür, həmdə ondan istifadə, təhlükəli hesab edilir.

“Apple” şirkəti isə bildirib ki, bütün olmuş bu hadisələr üzrə dəqiq istintaq aparmaq və baş vermiş hadisələrin səbəbini müəyyən etmək niyyətindədir. Bizə isə bu hadisələrin nəticəsinin necə olacağını gözləmək qalır.

Son xəbərlər
Bütün xəbərlər »