Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı nümunə göstərdi

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi internet saytında Azərbaycanda COVİD-19 yeni tpli virusa (koronavirus) qarşı aparılan işlər haqqında məlumat verilib.

Bu məlumatda qurumun nümayəndə heyətinin Azərbaycana səfərindən və görülən işlərdən danışılır. Məlumat verilir ki, bu günə qədər Azərbaycan COVİD-19 virusunun “az sayda idxalını təsdiqləyib”. Yəni Azərbaycanda bu virus az sayda adamda aşkarlanıb. ÜST-ün məlumatında nəzərə alınır ki, Azərbaycan virusun geniş yayılmış olduğu İranla həmsərhəddir. Bəli, bu ölkə ilə Azərbaycanın 100 kilometrdən çox uzunluğunda sərhəddi var. İran isə Çindən, İtaliyadan, Cənubi Koreyadan sonra virusun ən çox yayıldığı ölkədir. İranla Azərbaycan arasında olan insani əlaqələr çox az sayda iki qonşu ölk arasında var. Belə bir vəziyyətdə Irandan Azərbaycana virusun idxalı indikindən ağlagəlməz dərəcədə - qat-qat artıq ola bilərdi. ÜST-ün məlumatından belə görünür ki, Azərbaycan İranla bu qədər sıx əlaqədə olmuş olsa belə, öz ərazisinə bu virusun yayılmasının qarşısını böyük ölçüdə ala bilib.

ÜST-ün məlumatından bəlli olur ki, Azərbaycan bu quurmun laboratoriya müayinə dəstini alan 17 ölkədən biridir. Nəzərə alsaq ki, bu gün – martın 13-də COVİD-19 artıq 127 ölkədə var. Onların arasında virusun ən çox yayıldığı ölkələr əsasən inkişaf etmiş dövlətlərdir. 127 ölkədən 110-u bu dəsti almayıb. Ancaq Azərbaycan COVİD-19-u aşkarlayan müasir laboratoriyanı alıb. Bu faktın özü Azərbaycan dövlətinin bu bəlaya qarşı mübarizədə ciddiliyini, qətiyyətini və bu cür çağırışlara operativ reaksiya vermək qabiliyyətini göstərir. Azərbaycan dünyadan təcrid edilmiş bir coğrafiya deyil. Ona görə də qlobal təhlükələr, böhranlar, epidemiyalar bizdən də yan keçmir. Ancaq burada əsas olan bu qlobal çağırışlara və təhdidlərə qarşı effektiv mübarizə aparmaqdır. Bu mübarizəni də ayrılıqda aparmır. ÜST-ün saytında verilən məlumatda deyilir: “Azərbaycan hökuməti qonşu ölkələrlə əlaqələli şəkildə COVID-19-un yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verir və ÜST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırmışdır”. Bu rdan da göründüyü kimi, Azərbaycan tək özünün deyil, başqa ölkələrin də əhalisinin qorunması üçün qlobal mübarizəyə dəstəyini ifadə edib. Azərbaycandan qat-qat iqtisadi baxımdan güclü ölkələr var, ancaq Azərbaycan bu baxımdan həmin ölkələrə nümunə kimi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən göstərilib. Məlumatla bu linkdə tanış ola bilərsiniz:

Xatırladaq ki, martın 13-nə olan məlumata görə, COVİD-19-a artıq 127 ölkədə 134 min 768 nəfər yoluxub. Bunlardan 4983 nəfər vəfat edib. 70 min 387 nəfər isə xəstəlikdən sağalıb. Bu rəqəmlər martın 10-da 115 ölkə, 114,4 min yoluxma, 4027 ölüm, martın 11-də 119 ölkə, 119,2 min yoluxma, 4299 ölüm, martın 12-də isə 124 ölkə, 126,4 min yoluxma, 4634 ölüm olub. Martın 10, 11, 12, sağalma göstəriciləri müvafiq olaraq belədir: 64 min 88 nəfər, 66 min 564 nəfər, 68 min 313 nəfər. Rəqəmlərin təhlilindən görünür ki, COVİD-19 yayılma coğrafiyasını genişləndirir, bu xəstəliyə yoluxanların da, ölənlərin də, sağalanların da ümumilikdə sayı artır. Azərbaycanda isə dünən 1 ölüm haqda rəsmi məlumat verildi. Ümumilikdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, sanitar-epidemioloji vəziyyət nəzarət altındadır.

Gülnarə ƏMİRQIZI, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »