Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi - Foto

Azərbaycanda yüksək vəzifəli şəxslər həbs edilib.

Oğuz – Qəbələ Regional Meşə İdarəsinin müdiri Qəribov İlqar Nəsrəddin oğlu və müəssisənin digər əməkdaşı Calalov İlqar Saməddin oğlu həbs olunub. Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

İlqar Qəribov İlqar Qəribov

Onlar barəsində cinayət məcəlləsinin 259.3-cü (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb.

Maddənin sanksiyasında göstərilir ki, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -

doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(yenisabah)

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »