Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada işləyən gənc həkim soydaşımız: “Burda öz gücünə irəli gedib yüksəlmək daha asandır” - Foto

Azəbaycandan xaricdə təhsil alan və işləyən gənclərimiz hər zaman diqqət mərkəzimizdədir. Belə gənclərimizdən biri də təhsilini Azərbaycan Dövlət Tibb Universitetində alsa da, Almaniyada həkim işləmək üçün haqq qazanmış gənc həkim Leylan Vaqifdir (Məmmədova).

Leylan Almaniyanın Plau am See şəhərində yerləşən “Mediclin Krankenhaus Plau am See” klinikasında "Anesteziologiya və İntensiv Terapiya" şöbəsində assistent həkim olaraq fəaliyyətə başlayıb. Niyyəti cərrah olmaqdır və yolda əmin addımlarla irəliləyir. Kimsənin yardımı olmadan. Yalnız öz gücünə, öz biliklərinə güvənərək.

- Leylan, öncə istərdim səni tanıyaq

- 1994-cü il 19 avqust tarixində Rusiyada, Omsk səhərində anadan olmusam. Azərbaycanlıyam. Hazırda ailəmiz Bakıda yaşayır. Anam mühəndis, atam hüquqşünasdir, 5 yaş məndən kiçik bir bacim var, o da BDU-nun hüquq fakültəsinin tələbəsidir.

- Azərbaycanlı ailələr, adətən qız uşaqlarının xaricdə təhsilinə və işləməsinə o qədər də isti yanaşmırlar. Sizin ailədə bu məsələ necə həll olundu?

- Bizim ailədə hər zaman təhsilə çox onəm verilib, lakin xüsusilə vurgulamaq istərdim ki, bu uzun və çətin yolda mənim ən boyuk dəstəyim hər zaman anam olub. Onun sayəsində mən bu gün artıq xaricdə həm çalışıb, həm təhsilimi davam etdirmə şansı qazanmışam.

- Tibb sahəsində təhsil bizdə daha çətindir , yoxsa Almaniyada?

- Mənim fikrimcə, tibb sahəsində təhsil hər bir ölkədə ağır hesab olunur, cunki bu peşənin sahibləri bir ömur oxumalı, özlərini təkmilləşdirməlidirlər.

Leylan Vaqif Leylan Vaqif

- Səncə, xaricdə işləmək istəyən gənclərimiz ilk olaraq hansı addımı atmalıdırlar. Məsələn sən, necə seçildin?

- Hazırda çalısmağa basladığım klinikada öncədən bir ay hospitasiya keçmisəm, yəni tibbi təcrübə. Bu müddətə həm ödənişsiz yasayış həm də qidalanma ile təmin etmisdilər. Daha sonra, Bakıdan həmin şöbənin baş həkiminə özüm email vasitəsilə muraciət etmişəm və müsbət cavab alıb skype-görüşməsi ilə, kiçik bir müsahibəni keçdikden sonra, dəvət almişam. Hər bir uğurun arxasında çalışqanlıq dayanır deyə düşünürəm. İnsan qarşısına məqsəd qoyub və ona çatmaq üçün əlindən gələni əsirgəməsə, hansı ölkə olmasından asılı olmayaraq buna nail ola bilər. Hər bir halda tələbədən çox şey asılıdır, öz üzərində şalışmalı və oxumalıdır. Bizim təhsil sistemimizin mənfi cəhətləri, nöqsanları mövcuddur, zamanla bu boşluqların aradan qalxacağına inanıram, lakin buna baxmayaraq, böyük ugurlar hər zaman əldə etmək mümkündür.

- Niyə məhz oranı seçdin? Almaniya nələr vəd edir?

- Bildiyimiz kimi, bizim ölkə daha yeni tibbi sığorta sisteminə keçməkdədir, lakin Almaniyada digər Avropa ölkələrində olduğu kimi, artıq illərlə bu sistem mövcud olduğu üçün, orada yaşam səviyyəsinin daha yüksək olduğunu müsahidə etdim. Təhsil baxımından isə müqayisə etsəm, vurğulamalıyam ki, orada gənc həkimlər daha yüksək perspektivlərə sahibdirlər, belə ki, eyni klinikada assistent kimi başlayib, baş həkim vəzifəsinə qədər yüksəlmək mümkündur və bu tamamilə insanın özündən asılıdır. Finans baxımından da eynilə. Gənc və savadlı kadrların ora axın etməsinin iki səbəbi var. Karyerada yüksəlmək şansları və yaxşı maaş. Üstəlik, başqa millətlərə qarşı da ayrı-seçkilik yoxdur.

Leylan Vaqif Leylan Vaqif

- Gənc və gözəl xanımsan. Ailə, yoxsa karyera?

- Düşünürəm bunlardan hər biri heç vaxt bir-biri ilə toqquşmayan iki paralel xəttə bənzəyir. Ona görə bunların arasında seçim etmirəm, sadəcə, hər şeyin öz zamanı olduğuna inanıram. Açığı, bizim dövrdə ömür-gün yoldaşını seçmək ən çətin mövzulardan biri olduğunu düşünürəm . Məsələn, mənim fikrimçə, ən vacib amillərdən biri, iki insanın dunyaya eyni bucaq altında baxmasıdır, belə ki, bir-birini anlaması və həmfikir olmaları vacibdir. Mən qismətə inanıram və xeyirlisi nədirsə, hər zaman o olsun deyirəm.

- Gələcəkdə Azərbaycana dönməyi , yoxsa Almaniyada yaşamağı düşünürsən?

- Hazırda əsas məqsədim savadlı və öz peşəsinə gözəl sahiblənmiş bir kadra çevrilməkdir və bu səbəbdən yaxın bir neçə ili xaricdə qalmağı düşünürəm. İstəyirəm ölkəmi burda layiqincə təmsil edə bilim. Bu anlamda xaricdə akademik təhsil alan hər bir soydaşımıza uğur arzulayıram. Biz hara getsək də, köklərimiz Azərbaycana bağlıdır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »