Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“5-10 min manat təhsil haqqı alırlar, distant təhsili tətbiq etmirlər”

Osman Gündüz: “Koronavirus göstərdi ki təhsil müəssisələri distant texnologiyaları tətbiq etməklə tədris prosesini qura bilmədilər”

Kamran Əsədov: “Müəllimlər elektron dərs metodlarının tətbiqinə hazır deyillər”

Xəbər verildiyi kimi koronavirusla bağlı uzun müddət tətilə çıxan şagirdlərin tədris prosesindən geri qalmaması üçün Təhsil Nazirliyi tərəfindən “Dərs vaxtı” adlı teledərslərə start verilib.

“Mədəniyyət” kanalında yayımlanan Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihə səhər saat 10:00-da başlayacaq, fasilələrlə saat 16:00-a kimi davam edəcək.

Nə üçün distant əvəzinə teledərs?

Bizimyol.info-nun əməkdaşı bu suala cavab tapmaq üçün ekspertlərə müraciət edib.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, qanunda distant təhsil nəzərdə tutulsa da, bu təhsil formasının icra mexanizmi yoxdur.

Kamran Əsədov Kamran Əsədov

“İlk növbədə qeyd edim ki, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunda ali təhsil alma formalarından biri kimi distant təhsil qəbul edilsə də indiyə qədər Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunmadığı üçün bu formada xarici ölkələrdə təhsil almış şəxslərin diplomları tanınmır. Belə ki, hazırda Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz”,- deyə ekspert bildirib.

K.Əsədovun sözlərinə görə, dünyada və ölkəmizdə baş verən fövqəladə hadisə onu göstərdi ki, biz əyani və qiyabi təhsil alma formalarından başqa da təhsil alma formasına keçid etməliyik ki, buna da ən uyğunu onlayn, internet resursurslarından təhsildir: “Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan kəslərə də təhsil imkanı təmin edir. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır.

Məsafəli təhsil uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir. Məsafəli təhsil proqramı təhsil sahəsində ən ön planda yerini alan bir üsul ola biləcəyi kimi digər üsulları möhkəmlədən bir proqram olaraq da şərh olunur.

Peyk, video, audio qrafik, kompüter, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə, təhsilin uzaqdakı şagirdlərə çatdırılır. Başlanğıcda təhsil proqramına möhkəmlətmə olaraq ortaya qoyulan məsafəli təhsil proqramı sonralar təhsil sahəsində çox rəğbət görən bir proqram oldu. İndiki vaxtda kolleclər, universitetlər, kiçik ya da böyük iş qrupları, təhsil agentləri, hərbi qüvvələr, dini təşkilatlar, sənaye təşkilatları, özəl sahibkarlar və digər sahələr online təhsilə böyük önəm verirlər.

Hazırda dünyanın bir sıra ölkələrinin ali məktəblərində öyrədici kompüter proqramlarından səmərəli istifadə edilməsi üzrə, nəzəri fənlərin öyrədilməsinin ənənəvi metodlarının dəyişdirilməsi istiqamətində iş aparılır. Bu fakt onunla izah edilir ki, nəzəri tədris kurslarının az qala hər birini elektron variantda təqdim etmək mümkündür. Bu isə bir tərəfdən, mətn, qrafiklər, düsturlar və şəkillərdən ibarət ənənəvi tədris vəsaitlərinin analoqu olan müxtəlif multimedia vasitələrindən – videofilmlərdən, multiplikasiyadan, musiqidən və şifahi nitqdən istifadə etməyə, digər tərəfdən–laboratoriya işlərinin və praktiki işlərin məzmununu kompüterdə modelləşdirməyə imkan verir, müasir dövrdə zəruri olan mürəkkəb qurğularla işləmək vərdişləri yaradır.

Amma təəssüflər olsun ki, bu qədər müsbət tərəfləri olmasına baxmayaraq ölkəmizdə bunun mexanizmi işlənib hazırlanmayıb. Hazırda ölkəmizdə faəliyyət göstərən 4447 orta məktəbin bu resursu yoxdur və o qədər məktəbdə çalışan 150 min müəllimimiz bu texniki imkanları idarə etmək kompetensiyasına malik deyil.

Düşünürəm ki, qısa müddətdə elektron dərs metodlarının tətbiqinə geniş şəkildə başlamaq lazımdır. Əgər uşaqların və tələbələrin itirdikləri dərs müddəti hansı formada kompensasiya edilməsini istəyiriksə qısa müddətdə altenativ təhsil alma metodlarını tətbiq etməliyik”.

Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyi internet və telekommunikasiya infrastrukturunun normal olduğunu və Təhsil Nazirliyi isə təhsil sistemində rəqəmsallaşma aparıldığını bildirsə də, tətil müddətində tədris prosesini qurmaq üçün Təhsil Nazilriyi distant texnologiyalara deyil, teledərslərə, yəni daha klassik, daha bəsit texnologiyalara üstünlük verdi.

“Yəni, ölkədə yüksək texnologiyaların real–faktiki göstəricisi yüksək deyilmiş. Fors-major situasiya onu göstərdi ki müəllimlərin, şagirdlərin və tələbələrin keyfiyyətli internetə əlçatımlığında ciddi problemlər var Təhsil müəssisələrinin böyük əksəriyyəti təhsil xidmətini göstərmək üçün alternativlər təqdim edə bilmədilər, distant texnologiyaları tətbiq etməklə tədris prosesini qura bilmədilər.

Hər bir şagird və tələbə üçün il ərzində 5-10 min manat təhsil haqqı alan təhsil müəssisəsinin də təhsil xidməti göstərə bilməməsi Təhsil Nazirliyinini ciddi düşündürməlidir. Necə ola bilər ki, məsələn özəl orta məktəbdə 10 000 manat təhsil xərci ödəyəsən, ali təhsil üçün 3-4 min manat xərc ödəyəsən amma təhsil xidmətini ala bilməyəsən”.

Ekspert bildirib ki, nazirlik şəraiti və imkanı olan təhsil müəssisələrinə distant formada təhsilin təşkili üçün lisenziya verməli və hökumət də növbəti dərs ili üçün plan yerlərində distant formada qəbul üçün də yerlər nəzərdə tutmalıdır: “Hökumətin 2 çıxış yolu var: Ya distant formada təhsilin təşkili üçün qanunverici bazanı təcili qəbul edib, müvafiq şəraiti olanlara icazə verməli, ya da distantın təşkili ilə bağlı universitetlərə muxtariyyət verməlidir.

Əks halda, düşünürəm ki, bu prosesi ləngitmək, kimlərinsə məqsədyönlü şəkildə distantın qarşısnı alması bəzi qərar qəbul edənlərin də biznes maraqlarından xəbər verir.

Gizli deyil ki, bu sahədə böyük pullar var və kim bu təhsil xidməti bazarına birinci daxil olsa həmin pulları əsasən həmin qurum qazanacaq. Son zamanlar distantın ləngidilməsi səbəbləri ilə bağlı daha çox bu versiyanın üzərində düşünürəm”.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, distant təhsilə daha çox aşağıdakı kateqoriya insanlar cəlb edir:

- İşdə və ya evdə başı qarışıq olanları və dərslərə getmək və mühazirələri dinləmək imkanları olmayan şəxsləri;

- İxtisasını artırmaq, bacarıqlarını inkişaf etdirmək və karyeradan ayrılmadan yeni biliklər əldə etmək istəyənləri;

- Həyatda hər şeyə nail olmaq və peşəkar əlaqələri və dünya görüşünü genişləndirmək imkanlarından istifadə etmək istəyənləri, çünki distant təhsil sayəsində eyni zamanda bir neçə kursda oxumaq olar.

Beynəlxalq statistikaya görə, distant təhsildə «tələbələrin» əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyən şəxslərdir. Bununla belə, distant təhsil forması hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır. Amma istənilən təhsil forması kimi distant təhsilin də həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət cəhətləri:

1. Distant təhsil proqramları ənənəvi sistem üzrə aparılan analoji təhsil kurslarından xeyli ucuzdur. Təhsil müəssisələri icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir, çünki təhsil üçün ayrıca otaqlar və kompüterlər tələb olunmur. Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar və deməli, müəllimlər eyni zamanda daha çox tələbəni öyrədə bilərlər və bunun da sayəsində distant təhsilin qiyməti münasib olur.

2. Distant təhsil ümumiyyətlə hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı üçün əlçatan edir.

3. Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri dəf etməyə imkan verir.

4. Distant təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Bunun üçün sadəcə İnternet lazımdır.

Ramid İbrahimov

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »