Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda koronavirusdan ölən şəxslə bağlı daha bir rəsmi açıqlama

“Ötən gün COVİD-19-dan dünyasını dəyişən 1969-cu il təvəllüdlü qadın Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ölməyib”.

Bunu ATU-nun Mətbuat xidmətinin rəhbəri Günel Aslanova sosial şəbəkələrdə koronavirusdan (COVİD-19) ölən xəstənin Universitetdə dünyasını dəyişməsi və iki rezidentə bu virusu yoluxdurması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, həmin şəxs Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna transfer olunmuşdu: “Xəstə köçürüldükdən sonra Tədris Cərrahiyyə Klinikasının Kardiologiya və urologiya şöbəsi boşaldılıb və dezinfeksiya edilib. Hər ehtimala qarşı qadınla təmasda olan 110 nəfərdən analiz götürülüb. Nəticələr neqativ çıxıb”.

G.Aslanova bildirib ki, iki rezidentin bu virusa yoluxması ilə bağlı yayılan məlumatlar yanlışdır.

Qeyd edək ki, sosial şəbəkələrdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında koronavirusa yoluxan xəstənin ölməsi və daha iki rezidenti yoluxdurması, eyni zamanda klinikaların bağlanması ilə bağlı məlumat yayılıb. (oxu.az)

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »