Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşar Bəşirov: "Belə durumda azarkeşlərin zala girişinə icazə verməzlər"

Martın 25-29-da Bakıda təşkil ediləcək karate üzrə böyüklər arasında Avropa çempionatı böyük ehtimalla azarkeşsiz keçiriləcək.

Bunu Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

Qurum rəhbəri bildirib ki, koronavirus epidemiyası səbəbindən turnirin hətta təxirə salınması da istisna deyil. Bəşirov məsələ ilə bağlı danışıqların davam etdiyini vurğulayıb: “Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinoza bir azdan bizimlə əlaqə saxlayacaq. Azərbaycana girişin necə olduğu və hansı dəyişikliklərin edildiyi barədə maraqlanır. Yəqin ki, çempionat azarkeşsiz keçiriləcək. Çünki ümumi vəziyyət yaxşı deyil. Belə durumda azarkeşlərin zala girişinə icazə verməzlər. Təxirə salınmaq barədə hələ söhbət yoxdur, amma bu da istisna deyil”.

Federasiya prezidenti İtaliya millisinin turnirdən imtinası ilə bağlı onlara rəsmi məlumat verilmədiyini də əlavə edib: “İtaliya yığması ölkədən çıxa bilmir. Sadəcə, onların idmançısı Luici Busa feysbuk səhifəsində yazıb ki, gəlməyəcək. Onlardan 8 nəfər qeydiyyatdan keçib. Busa artıq Olimpiadaya lisenziya aldığından, yarış onun üçün maraqlı olmaya bilər. Ümumiyyətlə, İtaliya millisinin yarışdan imtinası da istisna deyil. Ancaq bizə bununla bağlı rəsmi məlumat verilməyib”.(apa)

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »