Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadiyyatımızı düşdüyü bataqlıqdan çıxarmaq mümkün olacaqmı? – 5 milyard dollar itirəcəyik

Turist axınının dayanması iqtisadi böhranı daha da çıxılmaz vəziyyətə gətirir. Koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına növbəti zərbələrini endirməkdə davam edir.

Artıq 2020-ci il futbol üzrə Avropa Çempionatının ləğvi dəqiqləşmək üzrədir və yaxın günlərdə rəsmi qərar açıqlanacaq. Həmçinin Formula-1 yarışları da ya tamaşaçısız keçiriləcək, yaxud da tamamailə ləğv ediləcək. Yay aylarında gözlənilən iri məbləğdə valyuta və turist axınının dayanacağını əminliklə söyləmək mümkündür”.

Bu fikirləri iqtisadçı ekspert Qaşqay İsmayıl Bizimyol.info-ya verdiyi açıqlamada səsləndirib.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

Onun sözlərinə görə, bu hələ hamısı deyil.

“ASAN Viza sisteminin dayandırılması, novruz bayramı ərəfəsində İranla sərhədlərdə gediş-gəlişin məhdudlaşdırılmasının uzadılması turizm sektorunu tamamilə çökdürüb. Məlum olduğu kimi, 2017-ci ildən etibarən ölkəyə olan turist axını, xidmət sektorunun lokomotivinə çevrilmişdi. Həmin dövrdə neft gəlirlərinin azalmasını kompensasiya edən başlıca sahə məhz turizm oldu. Ticarət mərkəzləri, restoranlar, əyləncə müəssisələri, xüsusən regionlardakı bir çox obyektlər məhz turistlərin hesabına fəaliyyət göstərirdi. Bu ilin əvvəlindən başlayaraq, turist axını demək olar, tamamilə dayanmışdır və yay mövsündə bərpa ediləcəyinə də ümidlər azdır. Rəsmi məlumatlara görə, turistlər keçən il 4.3 milyard manat pul xərcləyiblər, qeyri-rəsmi ödənişləri də nəzərə alsaq, ən azı 3 milyard dollardan artıq məbləğdən söhbət getdiyini təxmin edə bilərik. Məsələ burasındadır ki, turistlərin azalması sürücülərdən tutmuş nəqliyyat şirkətlərinə, hotellərdən tutmuş fərdi ev sahiblərinə qədər hamını işsiz və gəlirsiz qoyur, işsizliyi əhəmiyyətli dərəcədə artırır. Bununla yanaşı, ölkənin tədiyyə balansına olduqca mənfi təsir göstərir.

Fərz etsək ki, Neft Fondunun hesabına bəlkə də büdcə öhdəliklərini icra etmək mümkün olacaq, hərçənd bu fərziyyə də əsaslı deyil, amma tədiyyə balansında bir neçə milyard dolların çatışmamasını və on minlərlə işsizin məşğulluğunu təmin etmək mümkün deyil. Yeri gəlmişkən, Rusiyada başlayan böhran və rublun getdikcə dəyər itirməsi də başqa istiqamətdən öz təsirini göstərməkdədir. Hər il Rusiyadan müxtəlif yollarla daxil olan pul vəsaitləri də kəsilmək üzrədir. Nəzərə almallıyıq ki, qeyri-rəsmi formalar da daxil olmaqla, Rusiyadan illik minimum 1 milyard dollardan artıq vəsait daxil olurdu, onda turizmlə birlikdə itirilən vəsait, minimum 4, böyük ehtimalla isə 5 milyard dollara bərabər olacaq. Bu rəqəmlər onsuz da kövrək olan tədiyyə balansının tam pozulması və çox yaxın gələcəkdə manatın ciddi şəkildə dəyər itirməsi deməkdir. Belə çıxır ki, iqtisadiyyatın düşdüyü bataqlıqdan çıxmaq şansları görünmür”,- deyə ekspert bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »