Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı rəssam Moskvada koronavirus şübhəsi ilə karantinə alındı - Video

Moskvada yaşayan azərbaycanlı rəssam Aydan Salahova koronavirus (COVİD-19) şübhəsi ilə karantinə alınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə o öz Facebook səhifəsində paylaşım edib.

Məşhur rəssam bildirib ki, İtaliyadan qayıdarkən təyyarədə xəstə olduğu üçün birbaşa karantinə köçürülüb:

“Əslində simptomları olmayan hər kəsi karantinə götürürlər. Əgər təyyarədə xəstə olmasaydı, ev şəraitində karantində olacaqdım, amma indiki halda bütün müddəti burda keçirəcəm. Bu zaman kəsiyində üç analiz verəcəm”.

Qeyd edək ki, Aydan Salahova dünya şöhrətli məşhur Azərbaycan rəssamı Tahir Salahovun qızıdır.

Son xəbərlər
Bütün xəbərlər »