Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə bütün kütləvi tədbirlər təxirə salınıb

Koronovirus təhlükəsi ilə əlaqədar Türkiyədə bir çox siyasi təşkilatlarda, mədəniyyət qurumlarında, eləcə də ali məktəblərdə keçirilən mədəni-kütləvi tədbirlər aprelin sonunadək təxirə salınıb.

Türkiyənin Ali Təhsil Şurası martın 16-dan başlayaraq ali təhsil müəssisələrində 3 həftəlik tətilin olacağını elan etməklə yanaşı, universitetlərdə bütün tədbirlərin müvəqqəti olaraq ləğvi haqqında qərar verib.

Şuradan bildirilib ki, 3 həftəlik tətildən sonra Türkiyə Səhiyyə Nazirliyinin verdiyi qərar uyğun olaraq addım atılacaq.

Ölkə miqyasında da bir çox mədəni-kütləvi tədbirlər də təxirə salınıb, hətta bəzi özəl teatrlarda biletləri satılan tamaşaların nümayişi belə ləğv olunub.

Qeyd edək ki, Türkiyə Ədliyyə Nazirliyi həbsxanalarda ziyarətlərin ləğv olunduğunu açıqlayıb.

Bir çox siyasi partiyalar da mart-aprel aylarında keçiriləcək tədbirlərin tarixini dəyişib. O cümlədən Cümhuriyyət Xalq Partiyasının (CHP) 28-29 martda keçirəcəyi fövqəladə qurultayının başqa tarixə dəyişdiriləcəyi gözlənilir.

Onu da qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində vətəndaşların qəbulunun məhdudlaşdırılacağı və siyasi partiyaların qrup toplantılarının izdihamsız keçəcəyi nəzərdə tutulub.(apa)

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər