Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa dövləti Şengen vizasını dayandırdı

Koronavirus bütün planeti bürüyür. Virus qeydə alınan ölkələrin sayı 125-ə çatıb. Bəzi ölkələr qonşuları ilə sərhədləri bağlayıb.

Bizimyol.info xəbər verir ki, Çexiya daha ciddi qərar qəbul edərək Şengen vizası verməyi dayandırıb. Martın 14-dən viza tələb olunan ölkələrin vətəndaşları bu Avropa dövlətinə gedə bilməyəcək.

Çexiya addımı ölkədəki fövqəladə vəziyyətlə əlaqələndirir. Qadağa 30 gün sonra götürülə bilər. Bundan başqa, vizaya ehtiyac duymayan 30 ölkənin vətəndaşları da Çexiyaya buraxılmayacaq.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son bir sutkada Çexiyada 15 nəfər koronavirusa yoluxub. Ümumi say 109-a çatıb. İndiyə qədər Çexiyada virusdan ölən olmayıb.

Dünyada koronavirusa yoluxanların sayı 133 mindən bir az çoxdur. Ölənlərin sayı 5 min nəfərə yaxınlaşır.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »