Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Roma – qapalı şəhər: Yalnız apteklər və marketlər işləyəcək

Koronavirusun ilk qeydə alındığı Vuhanı “ruhlar şəhəri” adlandırırlar. İtaliyanın paytaxtı Roma bu ada iddialıdır.

Bizimyol.info xəbər verir ki, qədim şəhərin rəhbərliyi tam təcrid olunmaq qərarına gəlib. Apteklər və marketlərdən başqa bütün obyektlər bağlanıb. Hər evdən yalnız bir nəfərin küçəyə çıxmasına icazə verilir.

“Euronews”a danışan şəhər sakinləri təşviş içində olduqlarını gizlətməyib. “Həyat daha cansıxıcı olub. Əvvəllər darıxanda, heç olmasa, kafeyə gedirdik”, - onlardan biri belə deyib.

İtaliyanın sənaye şəhəri sayılan Milanda da küçələrdə çox az adam gözə dəyir. Milanlılar evdə qalmağa üstünlük verir. Kafelər, restoranlar qapısına qıfıl vurub.

Milanda həkim kimi fəaliyyət göstərən Domeniko Kurçi “Euronews”a müsahibəsində xəstəxanalara müraciətlərin ardı-arası kəsilmədiyini söyləyib. Onun dediyinə görə, vəziyyətin daha da pisləşməsinə hazır olmaq lazımdır.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
Son xəbərlər
Bütün xəbərlər »