Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ordusunun əsgəri şəhid oldu

Rusiya ilə razılaşmadan sonra Türkiyə ordusu son günlər Suriyada itki vermirdi. Amma bu gün qardaş ölkənin bir əsgəri şəhid olub.

Bizimyol.info xəbər verir ki, Suriyanın şimalındakı Rasulayn şəhərində terrorçuların bomba yüklü maşınla hücumu nəticəsində bir türk əsgəri və yerli təhlükəsizlik xidmətinin üç əməkdaşı həlak olub.

Xəbərdə 10 nəfərin yaralandığı bildirilir. Onların 7-si mülki şəxsdir. Yaralananları Ceylanpınar xəstəxanasına çatdırıblar.

Türkiyə ordusu xüsusilə ayın əvvəllərində çoxlu itki vermişdi. Rusiya hərbi qüvvələrinin hava hücumları qardaş ölkəni xeyli şəhid vermək faktı ilə üz-üzə qoymuşdu. Dövlət başçılarının görüşü vəziyyətin müəyyən qədər sabitləşməsinə xidmət edib.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »