Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA Avropa Çempionatını təxirə salmaq üçün təcili toplantı çağırdı

Avropa futbol assosiasiyaları ittifaqı (UEFA) qitə klub turnirlərinin hamısını dayandırmaq haqda düşünür. Yəqin ki, yaxın günlərdə qərar veriləcək.

Bizimyol.info xəbər verir ki, UEFA Çempionlar Liqası və Avroliqanı dayandırır. “Marca”nın yazdığına görə, beynəlxalq təşkilat koronavirus üzündən belə qərar vermək məcburiyyətindədir.

UEFA turnirləri dayandırmasa belə, oyunları keçirmək mümkünsüz xarakter alıb. Qarşılaşmaların əksəri azarkeşsiz baş tutur. “Xetafe” “İnter”lə səfər oyunu üçün İtaliyaya getməkdən boyun qaçırıb. İspaniyada “Sevilya” ilə görüş üçün gələn “Roma”nın təyyarəsini yerə enməyə qoymayıblar. “Real” koronavirus təhlükəsinə görə karantinə alınıb. Buna görə də “Mançester Siti” ilə gələn həftəki qarşılaşma baş tutmayacaq.

Son dəqiqələrdə UEFA-nın Avropa Çempionatını təxirə salması haqda xəbər ortaya çıxıb. Fransanın “L"Equipe” qəzeti qitə turnirinin gələn ilin yayında keçiriləcəyini yayıb. UEFA martın 17-də qərarını rəsmi şəkildə açıqlayacaq. Bu məqsədlə təcili toplantı çağırılıb.

Avropa Çempionatının oyunlarından 4-nün Bakıda keçirilməsi nəzərdə tutulmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »