Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur klub və ulduz futbolçu karantinə alındı

Koronavirus futbol dünyasını da sarsıdıb. Futbolçular virusa yoluxur, beynəlxalq oyunlar təxirə salınır, qarşılaşmalar azarkeşsiz keçirilir.

Bizimyol.info xəbər verir ki, məşhur klub və ulduz futbolçu karantinə alınıb. Söhbət Madrid “Real”ından və bu klubun keçmiş oyunçusu Kriştiano Ronaldodan gedir.

Kriştianu Ronaldo

“Real”da vəziyyət idman klubunun basketbolçularından birinin virusa yoluxmasından sonra ciddiləşib. Buna görə futbolçuları da basketbolçularla birlikdə karantinə alıblar.

“Real”ın martın 17-də “Mançester Siti” ilə Çempionlar Liqası çərçivəsində səfər oyunu vardı. Böyük ehtimalla qarşılaşma təxirə salınacaq.

“Real”ın basketbol komandası martın 12-də Avroliqada növbəti oyununa çıxmayacaq.

Kriştiano Ronaldo isə vətəni Portuqaliyada karantinə alınıb. “Yuventus”un futbolçusu onsuz da bu günlərdə vəziyyətin çox ciddi xarakter aldığı İtaliyaya getmək istəmirdi.

Son xəbərlər
Bütün xəbərlər »