Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkil 50 nəfəri virusa yoluxdurub

Nyu-York ətrafında yaşayan vəkil xeyli insanın həyatına təhlükə yaradıb. O, 50 nəfəri koronavirusa yoluxdurub.

Bizimyol.info xəbər verir ki, mərkəzi vağzal ətrafında yaşayan 50 yaşlı amerikalı bu ərazidə virusa yoluxan ilk insan olub. Zamanla virus ailənin başqa üzvlərinə də keçib. Əvvəlcə oğlu, bunun ardınca həyat yoldaşı, qızı, hətta qonşular ciddi narahatlıq hiss edib. Tezliklə onun mənsub olduğu yəhudi icmasında koronavirusla bağlı həyəcan təbili çalınıb. Vəkil öz ətrafında təkcə 23 nəfərə bu yolla zərər vurub. Onun 50 nəfəri virusa yoluxdurduğu bildirilir. Ümumiyyətlə, Nyu-Yorkda virus daşıyıcılarının sayı 108-ə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, ABŞ-da 1364 nəfər koronavirusdan əziyyət çəkir. 38 nəfər həyatını itirib. Dünya üzrə yoluxanların sayı 130 minə çatıb. 4749 nəfərin öldüyü elan olunub.

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »