Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Akademiyasında dərslər distant formada keçirilir

Koronavirus pandemiyası ilə bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Akademiyasında bütün dərslər distant formada təşkil edilir. Dərslərin distant keçirilməsi üçün Akademiyada yaradılan şərait ən müasir tələblərə tam cavab verir.

Bizimyol.info xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Akademiyasınİctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

DGK Akademiyası

Gömrük Akademiyasında distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulmuş dərsləri əvəz edir. Sistemə qoşulan hər bir tələbə distant dərs zamanı mühazirəni dinləməklə yanaşı, müəllimə müvafiq mövzuya uyğun suallar vermək və fikir mübadiləsi aparmaq imkanına malikdır. Eyni zamanda, müəllimin distant formada mühazirəsi avtomatik olaraq yazılır. Bu da tələbələrə həmin mühazirəni dərsdən sonra yenidən dinləmək imkanı verir.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »