Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda koronaviruslu xəstənin olduğu bildirilən klinikadan açıqlama

Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında koronaviruslu xəstənin olması və Klinikanın Kardiologiya və Urologiya şöbəsinin bağlanması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Bizimyol.info-nun informasiya sorğusuna cavab verən Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova həmin klinikada koronaviruslu xəstənin olduğunu təsdiqləməyib.

“Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasientlərdən biri xarici ölkədə olduğu üçün şübhəli bilinərək Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib. Həmin xəstə ilə təmasda olan bütün tibbi personal müayinədən keçirilib. Həmin şöbələrin olduğu mərtəbə bağlanılıb və şöbə başqa mərtəbələrə köçürülüb. Həmin şöbədə dezinfeksiya işləri bir daha aparılıb”,- deyə G.Aslanova bildirib.

Ramid İbrahimov

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər