Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində koronavirus xəstəxanaları bağlandı, həkimlər sevincini paylaşdı- Video

Çinli alimlər koronavirusun iyun ayında tamamilə aradan qalxacağına əminlik bildiriblər.

Bizimyol.info xəbər verir ki, bu fikri səsləndirməyə onlara son bir həftədə yeni yoluxma hallarının qeydə alınmaması əsas verib. Epidemiya Avropa ölkələrində vüsət almağa başlayarkən Çində sönməyə başlayıb və koronavirus xəstələrinin müalicəsi üçün tikilmiş iki səyyar hospitaldan biri artıq boşaldılıb. Aylardır ölümü gözə alaraq bu dəhşətli bəla ilə ölüm- dirim savaşı verən həkimlər isə bu münasibətlə maraqlı video çəkərək sosial şəbəkələrə yükləyiblər.

Bütün dünyanın ümid və həyəcanla gözlədiyi bu son insanlar tərəfindən maraqla izlənilib.

Çində bağlanan xəstəxana

İlk dəfə 2015-ci ildə SARS barədə məlumat vermiş infeksionist Zonq Nanhan pandemiyanın iyun ayının ortalarında başa çata biləcəyini söyləyib. Müalicədən sonra təkrar yoluxma hallarının az olduğunu söyləyən həkim 200 belə faktın olduğunu da istisna etməyib.

“Bundan öncə hər gün təxminən 2 min yoluxma halı olduğunu qeydə alırdıqsa, son bir həftədə bütün Çində 15 fakt qeydə alınıb.Ümumilikdə, 32 min793 çinli xəstəliyə qalib gəlib”,- deyə o qeyd edib. Aylardır karantində olan Uhanda həyat artıq normala dönmək üzrədir.

Artıq gələn həftədən etibarən qida sənayesində işləyənlər işə çıxmağa başlayacaq. Avtomobil və digər sektorlar aprel ayının ortasından fəaliyyətini bərpa edəcək.

Çin XİN başçısı epidemiyanın iqtisadiyyata təsirinin keçici və məhdud həddə olduğunu bildirərək, xarici firmaların Çindəki filiallarının ölkə xaricinə daşınmasının yolverilməz olduğunu söyləyib.

İlhamə Rəsulova

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
Son xəbərlər
Bütün xəbərlər »