Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Mərkəzi Banka manatla bağlı sorğu göndərdi
REAL partiyasından millət vəkili Erkin Qədirli Azərbaycan Mərkəzi Banka deputat sorğusu göndərib.

Bizimyol.info xəbər verir ki, sorğu Mərkəzi Bankın İdarə Heyətinə ünvanlanıb və manatın sabitliyi məsələsinə aiddir.

Sorğuda bildirilib: “Dünya bazarında neftin qiymətlərinin enməsi bir çox neft istehsalçısı olan ölkədə olduğu kimi Azərbaycanda da pul-kredit siyasətinə dair geniş ictimai müzakirələrə səbəb olub.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə verdiyi açıqlamada deyib: “Milli valyutanı dollara çevirən əhalini sakitliyə çağırıram. Hökumətin, Mərkəzi Bankın həyata keçirdiyi tədbirlərdən görünür ki, biz buna tam şəkildə hazırıq. Hökumətin və Mərkəzi Bankın “B” planı var. Bu plan məhz neftin 30-35 dollar qiymətinə hazırlanıb. Faktiki olaraq hökumət bu planla fəaliyyət göstərir. Biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibarətdir ki, onlar öz hərəkətləri ilə bizə kömək edə bilərlər ki, bu problemi tez həll edək”.

Bu açıqlama vətəndaşlarda və məndə əlavə suallar doğurur: Birinci sual: “Hazırda hökumətin yuxarıda göstərilən kimi rəhbər tutduğu “B” planının məzmunu nədən ibarətdir?” İkinci sual: Neft qiymətlərinin dəyişməsindən əvvəl Mərkəzi Bankın apardığı pul-kredit siyasəti nədən ibarət idi və ondan niyə imtina edilərək “B” planı seçildir?”

Milli Məclis deputatının statusu haqqında” qanunun 10-cu maddəsində nəzərdə tutulan deputat sorğusu qaydasında bu pul-kredit siyasətlərinin məzmunu və ondan irəli gələn tədbirləriniz haqqında məlumat verməyinizi xahiş edirəm”.

Ramid İbrahimov

Deputat sorğusu

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Liderlərin görüşündə maraqlı söhbət
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »