Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bankların valyutaya olan tələbi artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə keçirilmiş valyuta hərracındakı tələb ötən gün keçirilmiş hərracın tələbi ilə müqayisədə 65,8 mln. ABŞ dollar və ya 42,4% artaraq 220,8 mln. dollar təşkil edib. Ötən gün bankların valyutaya olan tələbi 155 mln. dollar olub.

AMB-dən verilən məlumata görə, hərrac zamanı həmçinin bankların nağd valyutaya olan tələbləri də tam təmin olunub.

Qeyd edək ki, bu göstərici martın 10-da keçirilmiş valyuta hərracında formalaşmış tələbdən 102,4 mln. ABŞ dolları və ya 32% az olub.

Xatırladaq ki, son 3 gün ərzində banklar AMB-nin hərracları çərçivəsində 699 mln. dollar əldə edib.(apa)

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »