Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İntihar edən qadının əri tutulub - Prokurorluqdan açıqlama

Baş Prokurorlu Ağcabədi rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumara görə, martın 10-da Ağcabədi rayonu Təzəkənd kənd sakini 1991-ci il təvəllüdlü Günay Şəmilovanın yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü iplə asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı alnında iki ədəd sıyrıq, döş qəfəsi və boynunun ön səthində qançırlar, sağ qolunda cızıq və hər iki baldırın ön səthində ləkələr aşkarlanıb.

prokurorluq

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə mərhumun bədənində aşkar edilmiş xəsarətlər onun ölümündən bir neçə gün əvvəl əmələ gəlməyə xarakterikdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınmışdır.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Günay Şəmilovanın 2010-cu ildən rəsmi nikah münasibətinə girib evləndiyi Etibar Şəmilov tərəfindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı mütəmadi olaraq döyülüb, amansız rəftar edilməklə ləyaqətinin alçaldılması nəticəsində özünü öldürmə dərəcəsinə çatdırılaraq intihar etməsinə əsaslı şübhələr müəyyənləşib.

Etibar Şəmilov cinayət işi üzrə martın 11-də şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› "İkibaşlı əjdaha" və ya başsız qalan səhiyyə
Son xəbərlər
Bütün xəbərlər »