Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əməkdar artist vəfat edib

Əməkdar artist Adil Zeynalov vəfat edib.

Bu barədə aktyorun oğlu Ağakərim Zeynallı məlumat verib.

A. Zeynalov dünən gecə Bakıda Topçubaşov adına xəstəxanada mədəaltı vəzin iltihabından dünyasını dəyişib. O, Lənkəranda dəfn ediləcək.

Adil Zeynalov Adil Zeynalov

Qeyd edək ki, A. Zeynalov 20 fevral 1960-cı ildə Lənkəranda doğulub. O, 1978-1983-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Komediya Aktyorluğu fakultəsində təhsil alıb. Xalq artisti Yaşar Nurinin yetirməsi olub. Onun 40 ilə yaxın əmək fəaliyyəti əsasən Lənkəran Dövlət Dram Teatrı ilə bağlı olub. Bu teatrın səhnəsində Adil Zeynalov bir-birindən fərqli obrazları məharətlə canlandırıb və rejissor kimi müxtəlif tamaşalara quruluş verib. O, teatrda çalışmaqla yanaşı, “Qətl günü”, “Durnalar qayıtdı”, “40-cı qapı” kimi filmlərdə də rol alıb. (apa)

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »