Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da koronavirusa yoluxanların sayı artıb

ABŞ-da koronavirusa təsdiqlənmiş yoluxma hallarının 1162 nəfərə çatıb, 37 nəfər bu virusun qurbanına çevrilib.

“TASS” xəbər verir ki, bu barədə “CNN” telekanalı ABŞ Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinə istinadən məlumat yayıb.

Bundan əvvəl mərkəzin saytında 938 nəfərin virusa yoluxduğu deyilirdi və paytaxt federal dairə Kolumbiya da daxil olmaqla, 36 ştatda yoluxma hallarının olduğu ehtimal edilirdi. Ölənlərin sayının bundan əvvəlki göstəricisi isə 29 nəfər olub. Daha çox yoluxma halları Vaşinqton (267), Nyu-York (173) və Kaliforniya (152) ştatlarında qeydə alınıb.

Qeyd edək ki, artıq Vaşinqton və Nyu-Yorkda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.(apa)

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
››› “Qara” camaatın “Qara Cümə”si Azərbaycan əhalisinin könlünü qazana bildimi?
Son xəbərlər
Bütün xəbərlər »