Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada cinayətkar bir ailəni küçədə güllələdi

Rusiyanın Kalininqrad şəhərində müşahidə kameraları bir ailənin güllələnməsini lentə alıb.

REN TV xəbər verir ki, kadrlarda 63 yaşlı Fazil Bəhramovun əlində “Sayqa” silahı ilə sahibkar Vadim Yanqolenkonu güddüyünü görmək olar.

Həmin vaxt V.Yanqolenko hamilə həyat yoldaşı və 13 yaşlı oğlu ilə gəzintiyə çıxıbmış.

Onları görən cinayətkar gizləndiyi yerdən çıxaraq, hər üçünə atəş açıb.

Ağır güllə yarası alan V.Yanqolenko yerə yıxılaraq oradaca keçinib.

Onun həyat yoldaşı yaxında duran maşının arxasında gizlənməyə çalışsa da, F.Bəhramov ona yaxınlaşaraq bir neçə atəş açıb.

Qadın aldığı yaralardan vəfat edib.

Bundan sonra cinayətkar 13 yaşlı yeniyetməni qətlə yetirməyə çalışıb. Oğlan yaralansa da, sağ qalmağı bacarıb.

Hazırda cinayətkar həbs edilib.

Məlumata əsasən, ölən cütlük tərəvəz alveri ilə məşğul olurmuş. Onlar F.Bəhramovla münaqişədə olub, iş hətta məhkəməyə gedib çatıb.(oxu.az)

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər