Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koalisiya qüvvələrinin Suriyadakı aviazərbələri nəticəsində iraqlı qruplaşmanın 18 üzvü ölüb

Beynəlxalq koalisiyanın Suriyanın İraqla sərhədində yerləşən Bukemal şəhəri ərazisinə hücumları nəticəsində İraqın “Əl-Haşd əl-Şaabi” şiə qruplaşmasının azı 18 döyüşçüsü ölüb.

“TASS” xəbər verir ki, belə bir məlumatı ərəb televiziya kanalı “Əl-Hadas” yayıb.

Suriyalı hüquq müdafiəçilərinin bildirdiyinə görə, bombardmanlar İraqda Bukemalın cənubunda fəaliyyət göstərən irançı qruplardan birinin yerləşdiyi bölgədə həyata keçirilib. Hücum ABŞ əsgərlərinin yerləşdiyi Əl-Taci İraq hərbi bazasına qarşı raket hücumlarına cavab idi.

Yaxın Şərqi əhatə edən ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi Bill Urbanın “TASS”-a bildirdiyinə görə, raket hücumları nəticəsində üç amerikalı əsgər ölüb, 12 nəfər yaralanıb. Buna qədər “Reuters” iki amerikalı və bir britaniyalı hərbçinin öldüyünü bildirmişdi.

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər