Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siçovullarda insan vərdişləri yaranmağa başlayıb

“Yaşayış sahələri nə qədər dağılarsa, heyvanlar bir o qədər şəhər həyatına uyğunlaşmaq məcburiyyətində qalırlar. Bu işdə ən yaxşı nümunə siçovullardır. Onlar Nyu-Yorkda pivə və qoğalı sevməyə başlayıblar”, - “Die Welt”in yazısında belə deyilir.

Bizimyol.info xəbər verir ki, Almaniya nəşri siçovullarda insan vərdişlərinin yaranmasından yazıb. Bu gəmirici nümunə kimi göstərilib.

“Nyu-Yorkda siçovullarla problem var. Heç kim gəmiricilərin dəqiq sayını bilmir, amma onlar milyonlarladır. Hakimiyyətin vəziyyəti nəzarətə götürmək cəhdləri nəticəsiz qalıb”, - jurnalist Filipp Nagels belə qeyd edib.

Siçovul uğurunun səbəblərindən biri inanılmaz uyğunlaşmaq qabiliyyətidir. Bunun nə qədər inkişaf etdiyi “BioRxiv” portalında yerləşdirilən araşdırmasda da özünü göstərir.

“Nyu-Yorkda onların necə qoğal yediyini, pivə qəbul etdiyini görə bilərsiniz. Siçovullar Parisdə kruasan və kərə yağını xoşlayır”, - araşdrıma müəlliflərindən biri olan Kolumbiya Universitetinin genetiki Arbel Harpak “The Guardian”a müsahibəsində belə deyib.

Təkamül uyğunlaşmasının həqiqətən belə müşahidələrdə əks olunduğunu yoxlamaq üçün bir qrup elm adamı 29 siçovulun genomunu təhlil edib. Gəmiriciləri fıstıq yağı, yulaf və qaxac edilmiş donuz əti ilə tələyə salıblar. Heyvanların qidalanması, hərəkəti və davranışı ilə əlaqəli bir çox gendə əhəmiyyətli dəyişikliklər tapılıb. Tədqiqatçılar bunları şəhərlərdə və insanlarla həyata uyğunlaşma kimi izah edirlər.

“İnsanlar ilə paralellər təsadüfi deyil. Siçovullar və böyük şəhərlərdəki insanlar oxşar ətraf mühit təsirinə məruz qalırlar, məsələn, xəstəliyin yayılmasına kömək edən yüksək əhali sıxlığı. Əlbəttə, siçovullar tez-tez bizim artığımızla qidalanmaqdan məmnun qalırlar”, - “Die Welt” yazını belə bitirib.

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »