Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbuldakı təyyarə qəzası ilə bağlı yeni məlumat

İstanbulun Sabiha Gökçən hava limanında qəzaya uğramış təyyarənin qara qutusunun araşdırılmasına dair ilkin hesabatın məzmunu açıqlanıb.

"Qara qutu"nun səs yazısına əsasən hazırlanmış hesabatda enməmişdən təxminən altı dəqiqə əvvəl təyyarəni ildırımın vurduğu, pilotların qəza ehtimalına qarşı təcili eniş etmək istədikləri bildirilir. Eniş əsnasında əl əyləcindən düzgün istifadə edilməməsi səbəbindən sürət dəyişikliyində xətanın olduğu qeyd edilir.

Hadisə ilə bağlı Anadolu Baş Prokurorluğu tərəfindən istintaq aparılır.

Xatırladaq ki, fevralın 5-də İzmir-İstanbul aviareysi üzrə hərəkət edən sərnişin təyyarəsi İstanbulun Sabiha Gökçən hava limanına sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb. Hadisə nəticəsində üç nəfər həlak olub. (Qafqazinfo.az)

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
Son xəbərlər
Bütün xəbərlər »