Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa görə Türkiyədə turist qəbulu təxirə salınıb

“Türkiyə üçün koronavirus riski ciddidir. Nə Avropa, nə də digər ölkələrlə əlaqələri birbaşa kəsmək mümkündür. Amma bu qlobal problemə qarşı mübarizə aparmaq üçün görəcəyimiz tədbirlər az deyil”.

Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ölkədə koronavirusla (COVİD-19) əlaqədar əhalini məlumatlandırmaq üçün Elm Qurumundakı toplantıdan sonra bildirib. Onun sözlərinə görə, xarici ölkə ilə əlaqədə olub koronavirusa yoluxan Türkiyə vətəndaşının səhhəti normaldır və ciddi nəzarət altındadır.

Türkiyənin Ticarət naziri Rühsar Pekcan koronovirusa yoluxma təhlükəsindən qorunmaq üçün istifadə olunan maska, əlcək və sair digər ləvazimatların, eləcə də ərzaq məhsullarının qiymətini süni şəkildə artıranlara qarşı mübarizə tədbirlərinə başlandığını deyib. Nazir bildirib ki, martın 16-dan aprelin sonuna qədər ticarət sahəsindəki beynəlxalq tədbirlər təxirə salınacaq.

Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, xaricdən Türkiyəyə gələn turistlərin səfəri təxirə salınıb. Onun sözlərinə görə, turizm müəssisələrinin mövsüm açılışı martın 16-dan aprelin 16-na keçirilib. (Apa.az)

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »