Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırovu təhqir edən dağıstanlı yoxa çıxıb

Rusiya Federasiyasının subyektlərindən biri Çeçenistanın prezidenti Ramzan Kadırovun onu təhqir edən şəxsi cəzalandırdığı iddia olunur. Təhqirə yol verən dağıstanlı yoxa çıxıb.

Bizimyol.info xəbər verir ki, Dərbənd sakini Səidaydın Mustafayev Qroznı səfərindən evə qayıtmayıb. O, dostları Hakim Əsgərov və Nillan Əliyevlə “Lada” avtomobilində Çeçenistan paytaxtına yollanıb. İndi nə maşından xəbər var, nə də dağıstanlılardan.

Səidaydın Mustafayev dəfələrlə sosial şəbəkələrdə Kadırovu təhqir edirmiş. 35 yaşlı kişi videoların birində çeçen rəhbəri “saqqallı marionet” adlandırmışdı. Keçən ilin yayında dağıstanlılarla çeçenlər arasında dava düşəndə Kadırov onun xalqını təhqir edənin barmaqlarını sındırıb dilini kəsəcəyini bildirmişdi.

Mustafayevin yaxınları inanır ki, Səidaydını məhz Çeçenistan prezidenti oğurlatdırıb. Amma Hakim Əsgərovla Nillan Əliyev heç vaxt Kadırova toxunacaq ifadə işlətməyiblər.

Paylaş »
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
Son xəbərlər
Bütün xəbərlər »