Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə kişiləri əsgər aparmağı dayandırdılar

COVİD-19 Gürcüstanda fövqəladə vəziyyət yaradıb. Qonşu ölkədə kişiləri əsgər aparmağı dayandırıblar.

Bizimyol.info xəbər verir ki, Gürcüstanda həqiqi hərbi xidmətə çağırılmanı aprelin 13-nə qədər təxirə salıblar. Baş nazir Georgiya Qaxariyanın başçılıq etdiyi koordinasiya şurası bununla bağlı qərar qəbul edib.

Başqa qərarlar da qəbul olunub. Təhsil müəssisələrində dərslərin təxirə salınması aprelin 1-nə qədər uzadılıb. İdman yarışları da martda olmayacaq.

İndiyə qədər Gürcüstanda 23 virusa yoluxma halı qeydə alınıb. 298 nəfər karantindədir.

Dünyada koronavirusa youxanların sayı 122 minə çatıb. Azı 4375 nəfərin həyatını itirdiyi bildirilir.

Azərbaycanda yalnız 11 nəfər virus daşıyıcı olduğu təsdiqlənib.

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
Son xəbərlər
Bütün xəbərlər »