Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan neft hasilatı ilə bağlı açıqlama

OPEC ölkələrində gündəlik neft hasilatı cari ilin aprel-dekabr ayları ərzində 0,5 milyon barel artaraq 29,2 milyon barelə çatdırılacaq.

Belə bir proqnoz ABŞ hökumətinin Enerji Məlumatları Administrasiyasının (EİA) hesabatında yer alıb.

Hesabat müəlliflərinə görə, adıçəkilən ölkələrdə 2021-ci ildə hasilat 29,4 milyon barelə çatdırılacaq. Belə bir proqnoz OPEC ölkələrinin OPEC+ sövdələşməsinə dair danışıqların uğursuzluğundan sonra artıq dünya neft bazarını tarazlaşdırmaq yox, həmin bazarda daha çox pay qoparmaq üçün səy göstərəcəkləri ehtimalına əsaslanır.

Həmçinin “Brent” markalı neftin qiymətinə dair də bütövlükdə cari il üçün 61,25 ABŞ dolları əvəzinə, ikinci rüb üçün 37 ABŞ dolları, ilin ikinci yarısı üçün 42 ABŞ dolları, 2021-ci il üçün isə 55 ABŞ dolları səviyyəsində proqnoz verilir.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Türkiyədə zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »