Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Rusiyaya daha böyük zərbə hazırlayır

Koronavirus onsuz da neft bazarına təsir göstərmişdi. Bareli 60 dollardan aşağı satılmayan təbii mayenin qiyməti 45 dollara düşmüşdü. Rusiya ilə razılığa gəlməyən Səudiyyə Ərəbistanının hasilatı artırmaq qərarı kəskin qiymət artımına səbəb oldu.

Bizimyol.info xəbər verir ki, ərəb ölkəsi gündəlik hasilatı 9,7 milyon barelə qaldırmışdı. İndi Səudiyyə Ərəbistanı Rusiyaya daha böyük zərbə hazırlayır. Apreldə hasilatın 12,3 milyon barel olacağını deyən ərəblər limiti bir az da qaldırır. Səudiyyə Ərəbistanı hasilatın 13 milyon barel olacağını bəyan edib.

Neftin qiymətinin aşağı düşməsi Rusiya iqtisadiyyatına böyük zərbə vurur. Ayrı-ayrı rus şirkətləri dəyər itirməyə başlayıb, rubl gücdən düşür.

Rusiya Enerji Nazirliyi bildirir ki, martın 6-da ərəblərlə görüşdə iki ssenari müzakirə olunub. Ruslar məhdudlaşdırmanın vaxtının uzadılmasını istəyib. Ərəblər isə hasilatın azaldılmasının tərəfdarı olub. Rusların şərtləri diktə etməsi Səudiyyə Ərəbistanının xoşuna gəlməyib. Bundan sonra hasilatı artırmaq qərarı verilib.

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »