Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa təkraryoluxma faktları qeydə alınıb - O xroniki xəstəliyə çevrilə bilər

Koronavirus xroniki xəstəlik şəklinə keçə bilər.

Çin və Cənubi Koreyada 200 dəfə koronavirusa təkrar yoluxma faktları qeydə alınıb. Bizimyol.info gazeta.ru-ya istinadən xəbər verir ki, alimlər xəstəliyin xroniki xəstəlik formasına keçə biləcəyindən ehtiyat edirlər. Belə ki, insan orqanizminin immun sistemi orqanlar zədələnəndə virusu məhv etməməyə qərar verə bilər.Bu həm toxumaları zədələməmək üçün, həm də o viruslara uyğunlaşmaq üçündür. Tibbi ekspertlər istisna etmirlər ki, xroniki koronavirus keçici ola və yenə insanları zədələyə bilər.

Rusiya Epidemiologiya İnstitutunun direktor müavini Vadim Pokrovski qeyd edib ki, xəstəliyə təkrar yoluxma faktları onun xroniki hal ala biləcəyindən qorxmağa əsas verir. Belə ki, martın 5-də Uhanda 36 yaşlı pasiyent Li Lyan koronavirusdan dünyasını dəyişib, halbuki fevralın 12-də o, eyni virusdan müalicə alaraq evə buraxılmışdı və bütün testlər mənfi nəticə vermişdi.

Buna görə indi Çində evə buraxılan xəstələrə də nəzarət etmək tapşırılıb.Evə buraxılan xəstələrə də 14 günlük karantin tətbiq olunur.

Rusiya Tibb Cəmiyyətinin vitse- prezidenti Yuri Komarov bu halı qəribə adlandırıb. Çünki hansısa virusa tutulduqdan sonra insan orqanizmində antitellər meydana çıxır.

Epidemioloqlar hesab edirlər ki, xəstəliyin xroniki hala keçməsinin təkrar yoluxma ilə əlaqəsi yoxdur.Əsas məqam budur ki, təkrar yoluxma zamanı xəstəlik əvvəlki ştammla keçib, yoxsa genetik fərqli üsulla. Genetik fərqli üsulla keçən virusa qarşı orqanizmin əvvvəlki immuniteti cavab verə bilmir.Bu da onun yenidən daha kəskin formada özünü göstərməsinə imkan yaradır.

İlhamə Rəsulova

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər