Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tbilisidə 10 otel bağlanıb

Gürcüstanın paytaxı Tbilisidə 10 otel müştərilərin olmaması səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə yerli “Commersant” nəşri yazıb.

Qeyd olunub ki, otel sahibləri əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərib və vergilərin ödənilməsinin təxirə salınması imkanı ilə bağlı hökumətin qərarını gözləyirlər.

Tbilisidəki mehmanxalarda mart-aprel ayları üçün turist bronlarının 90%-ə yaxını ləğv olunub.

Gürcüstan iqtisadiyyatının aparıcı sahəsi olan turizm son dövrlər iki böyük zərbə alıb. İlk zərbə koronavirus səbəbindən Gürcüstanın Çin və İrana birbaşa uçuşları dayandırması olub. Gürcüstan ənənəvi olaraq İrandan çox sayda turistlər qəbul edir. Turizm sektoru ikinci zərbə ilə Gürcüstanda koronavirus aşkarlanandan sonra üzləşib.

Qeyd edək ki, Gürcüstan hökuməti turizm sektoru üçün böhran əleyhinə plan hazırlayır.(report)

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »