Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Köməyə ehtiyacımız var” - Koronavirusa görə İtaliyadan qayıda bilməyən tələbə

İtaliyanın Sapienza Universitetində təhsil alan Turanə Hüseynova hazırda koronavirusa görə “Qırmızı zona” elan edilən ölkədən Azərbaycana qayıda bilmir.

Bu barədə Bizimyol.info-ya T.Hüseynova bildirib.

O, İtaliyadan təxiyyə olunması üçün Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət etdiyini bildirib. “Müraciətimə hələ cavab verilməyib. Təxliyyə ilə bağlı hələ dəqiq məlumat yoxdur”.

T.Hüseynova bildirib ki, İtaliyada təhsil alanların çoxu öz ölkələrinə qayıtmaq istəyir: “Amma “Rynair” hava yolları şirkəti tipli ucuz hava yolları şirkətləri də uçuşları ləğv edib. Biz birinci kurs tələbələri olaraq gecikmiş təqaüdü gözləyərkən bu hadisə baş verdi. Ən son ölüm hallarina görə dünya üzrə Çini belə qabaqlamış bir ölkədə ilişib qalmış olmağımız bizdən çox yaxınlarımızı qorxudur. Xəstəliklə mübarizə adına heç bir tibbi yardım köməyi edilməyib, öz büdcəsi hesabına kim necə qavrayır, o formada müdafiə olunmağa çalışır”.

T.Hüseynovanın sözlərinə görə, o, İtaliyaya getməmişdən öncə Azərbaycanda ucqar kəndlərdən birində üç ilə yaxın ingilis dili fənni üzrə müəllimə kimi çalışıb.

Ramid İbrahimov

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »