Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq nazirdən ittihamlara cavab: "Qətiyyətlə rədd edirik"

Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov onun ünvanına səslənən korrupsiya ittihamlarına cavab verib. Nazirliyin Hidrometeorologiya Departamentinin baş mühasibi olmuş İlqar Hacıyev məhkəmədə keçmiş nazirin üzüm bağlarından tutmuş, işlədiyi departamentin rəisinin hər ay ona 10 min manat çatdırması, sonuncu dəfə H.Bağırova 165 min vermələri haqda iddialar səsləndirib.

Sabiq nazir özünün hüquqi təmsilçisi Anar Rzayev vasitəsilə ittihamları reaksiya verib. A.Rzayev Bizimyol.info-ya açıqlamasında bildirib ki, baş mühasibin H.Bağırov barədə dedikləri həqiqət deyil. Onun bu cür davranışı ittiham aktında təqdim olunan faktlar ətrafında spekuliyasiyalar etməklə məsuliyyətdən yayınmaq cəhdidir.

Hüseynqulu Bağırov Hüseynqulu Bağırov

"Açıqlamalarda ən bəsit ziddiyyətlər açıq-aydın görünür. 2018-ci ilin oktyabr-noyabr aylarında həyata keçirdikləri “əməliyyatları” Hüseyn Bağırovun adı ilə əlaqələndirmək ən sadə məntiqlə də gülünc görünür. Külli miqdarda mənimsəmə və israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı kimi cinayətlərdə ittiham edilən şəxslər Hüseyn Bağırovun işlədiyi dövrdə yox, o, vəzifədən ayrılandan sonra - 2018-ci ilin mayından dekabrınadək törədilən cinayətlərə görə təqsirləndirilir.

Məhkəmədə səsləndirilənlər həqiqəti əks etdirmir və deyilənləri qətiyyətlə rədd edirik. Görünür, təqsirləndirilənlər və onları təmsil edən şəxslər inanırlar ki, ağlasığmaz iftiralardan, cəfəngiyyatlardan ibarət bəyanatlar məsuliyyətdən yayınmaqda onlara kömək edəcək",- deyə Anar Rzayev bildirib.

Sabiq baş mühasib İlqar Hacıyev Hidrometeorologiya Departamentinin keçmiş rəhbəri Əkbər Həsənov və bu qurumun daha üç işçisi ilə birlikdə mühakimə olunur. Onlara qarşı olmayan işçilərin adına maaşlar yazılıb, kartlara köçürülən pulların mənimsənilməsi ittihamı irəli sürülüb. Söhbət ümumilikdə bu yolla 451 min manatlıq mənimsəmədən gedir.

İ.Hacıyev iddia edir ki, həmin maaş kartlarından sabiq nazirin də xəbəri vardı, onların hesabına Hidrometeorologiya departamenti hər ay H.Bağırova 10 min manat pul verirdi. Sabiq baş mühasib iddia edib ki, rayonları gəzib, nazirin üzüm bağları üçün peyin axtarırdılar. Onun sözlərinə görə, 2018-ci ildə prezident seçkisi öncəsi nazir departament rəisindən 265 min pul tələb edib. Bunun 50 mini seçki, 215 minini isə Salyanda iki zavodun tikintisi üçün olub - departament rəisi məcbur olub sələmlə pul götürüb, tələb olunanı verib. H.Bağırov nazir vəzifəsindən gedəndən sonra onlar həmin maaş kartlarındakı vəsaitlər hesabına borcu qaytarmağa çalışıblar.

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »