Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İntiharının mənəvi və hüquqi yükü Bakıda əxlaqsızlığa təşviq edən yürüşün təşkilatçılarındadır”

Martın 8-də Bakı şəhərində feminist fəalların təşkilatçılığı ilə keçirilən yürüş cəmiyyətdə birmənalı qarşılanmadı. Buna səbəb aksiyada açıq-saçıq şüarların dilə gətirilməsi, plakatların qaldırılması idi. Yürüşdən iki gün sonra isə həmin aksiyanın iştirakçılarından olan Aysel Ələkbərzadə intihara cəhd etdi.

Eldar Sultanov - Prokurorluq Eldar Sultanov

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, istintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin intihara cəhd etməsi ilə bağlı açılmış cinayət işində onun feminist hərəkatının ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır.

Feministlərin Bakı aksiyası haqda Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva Bizimyol.info-nun suallarını cavablandırıb.

Yeganə Hacıyeva Yeganə Hacıyeva

Y.Hacıyeva bildirib ki, 2009-2013-cü illər ərzində beynəlxalq təşkilatların və yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə Bakıda və regionlarda qadın haqları ilə bağlı mövzularda yüzdən çox təlim demiş biri kimi qadın hüquqları uğrunda istənilən səmərəli təşəbbüsləri alqışlayır: “Lakin siyasi qrupların “Qadın haqları uğrunda mübarizə” adı altında siyasi aksiyaların təşkil etməsini çirkli və ən əsası belə həssas mövzu üçün ziyanlı hesab edirəm. Martın 8-də keçirilən “qadınlara qarşı məişət zorakılıq əleyhinə” aksiyadan görüntülərə bir dəfə baxmaq kifayətdir ki, bu aksiyanın qadın haqları sahəsinə aidiyyatının olmaması aydın olsun. Küçədə qışqıraraq qadın haqlarına hansı töhfə verilə bilər?”

Y.Hacıyevanın sözlərinə görə, özünü ictimai-siyasi sima kimi təsdiqləməyə çalışanlar və qrant dəllalları öz məqsədlərində qadın haqları mövzusunu həmişə istismar edirlər: “Ancaq bu günlərdə Bakı şəhərində keçirilən yürüş daha çox əxlaqsızlığın təbliği, Azərbaycan cəmiyyətinə yad eləmentlərin təbliği, cəmiyyətimizin mental dəyərlər, adət və ənənələr toplusundan formalaşan ənənəvi hörmət obyekti olan qadın stereotiplərinin sındırılmasına yönəlmiş, qadın haqları kimi həssas bir mövzuya kölgə salamağa, bu mövzunu gözdən salmağa hesablanmış bir akasiya kimi dəyərləndirirəm.

Cəmiyyətlərin mental dəyərlərdən və adət ənənələrdən formalaşan stereotipləri həmin cəmiyyətlərin idarə olunması, nizamlanması institutudur. Bu stereotiplərin sındırılması cəmiyyətlərin ənənəvi dini, milli, mental dəyərlərdən formalaşmış ənənəvi idarəçilik institutunun sındırılması üçün istifadə olunur.

Son illərin cəmiyyətlərin parçalanmasına yönəlik hibrid üsullarda təbliğat vasitələrindən biri də femenist propoqandasıdır. Ailə institutunun, ana, ata kimi ülvi anlayışların dağıdılmasına yönələn bu təbliğat həm də mühafizəkar cəmiyyətlərdə kişilərin, qatı mühafizəkar kəsimin qıcığına və bu qıcığın üzərindən artan gərginliyin istifadəsinə hesablanıb”.

Y.Hacıyeva bildirib ki, “8 marş” yürüşünün cəmiyyətdə qınağa səbəb olması nəticəsində intihara cəhd hadisənin olacağını gözləyirmiş “Etiraf edim ki, belə bir şey olacağını təxmin edirdim! Bakının mərkəzində əxlaqsızlığı təbliğ etmək üçün yürüş təşkil edənlər cəmiyyətin reaksiyasını düzgün hesablamamışdılar. Qızları yaşında birini küçənin ortasına o posterlə çıxaranda cəmiyyətin bu tərbiyəsizliyə reaksiyasının o psixologiyada biri üçün ağır olacağını, daşıya bilməyəcəyini isə yəqin ki heç düşünməmişdilər. Bu qızın intiharının mənəvi və hüquqi yükü Bakının mərkəzində əxlaqsızlığa təşviq edən yürüşün təşkilatçılarındadır”.

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »