Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərpoçt”un baş direktoruna daha bir müavin təyin edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktoruna daha bir müavin təyin edilib.

Xəbər verilir ki, yeni təyin olunan müavin Emil Vediyevdir.

Bununla da şirkətdə müavinlərin sayı 5-ə çatıb.

E.Verdiyev 1977-ci ildə Bakıda anadan olub, 1993-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr təhsili, 1997-1999-cu illərdə isə magistr təhsili alıb.

O, əmək fəaliyyətinə 2001-ci ildə “Titan” LTD şirkətində başlayıb, 2004-2005-ci illərdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərində təhlükəsizlik üzrə müşavir, 2006-cı ildə “Titan” LTD şirkətində təhlükəsizlik xidmətinin rəisi, 2007-2010-cu illərdə “Azeri M-I Drilling Fluids”, “M-I Swaco” LTD şirkətində anbardar və operator, 2011-2015-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarət Dövlət Agentliyinin Neft Müfəttişliyində baş məsləhətçi-baş müfəttiş, 2015-ci ildə “Bakı Ağ Şəhər Ofis Binası” MMC-də istismar üzrə koordinator, 2015-2020-ci illərdə “Azərpoçt”un Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi vəzifəsində işləyib.(report)

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »