Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hesablama Palatasının sədri: "Azərbaycan hökuməti risklərə hazırdır"

"Büdcə layihəsinə rəy verərkən, büdcə dayanıqlığı ilə bağlı mümkün riskləri də göstərmişdik. Bu risklər daimi var. Əsas məsələ bu risklərin hökumət tərəfindən səmərəli idarə edilməsi, qabaqlayıcı tədbirlərin görülməsidir. Hesab edirik, Azərbaycan hökuməti buna hazırdır".

Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov jurnalistlərin neftin qiymətinin kəskin azalmasının büdcə dayanıqlığına təsirləri ilə bağlı sualı cavablandırarkən deyib.

"Eyni zamanda qiymətlərin də uzun müddət aşağı səviyyədə qalacağını düşünmürük", - deyə o əlavə edib.

V. Gülməmmədov onu da bildirib ki, Hesablama Palatası strateji inkişaf proqramına uyğun fəaliyyət göstərir: "Bütün fəaliyyətimiz dövründə dövlət vəsaitləri üzərində səmərəli nəzarətin qurulması önəm daşıyan məsələdir. Palatanın fəaliyyəti də məhz bunun üzərində qurulub".(apa)

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »